Yaxın günlərdə Gürcüstanda hava şəraiti dəyişkən olacaq
Milli Ekologiya Agentliyinin məlumatına görə, mayın 2-dək Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, mayın 2-dən isə əksər rayonlarda dolunun da olacağı gözlənilir.

Məlumata görə, havanın temperaturu mayın 2-dən aşağı düşəcək.

Tbilisiyə gəlincə, mayın 2-dək isti və yağmursuz hava şəraiti davam edəcək, mayın 2-də axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mayın 2-dək
havanın temperaturu gündüz +28, +30 dərəcə isti, mayın 2-də isə +23, +25 dərəcəyədək enəcək.

"Sahilyanı rayonlarda (Batumi, Kobuleti, Anaklia, Poti): mayın 2-dək əksər rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mayın 2-də havanın temperaturu gün ərzində +17, +19 dərəcəyə enəcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): mayın 2-dək əksər rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.Havanın temperaturu mayın 2-də gün ərzində +19, +21 dərəcəyədək aşağı enəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): mayın 2-dək əksər rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu mayın 2-də gündüz +20, + 22 dərəcə isti olacaq.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestiya, Baxmaro): mayın 2-dək bəzi rayonlarda, mayın 2-də isə əksər rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mayın 2-də havanın temperaturu gün ərzində +15, +17 dərəcəyədək enəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): mayın 2-dək bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, mayın 2-də bəzi yerlərdə dolu düşəcəyi gözlənilir. Havanın temperaturu gündüz +25, +30 dərəcə isti olacaq, mayın 2-də isə nisbətən aşağı enəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): mayın 2-dək əksər rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir.

Havanın temperaturu gündüz +25, +30 dərəcə isti olacaq, mayın 2-də isə nisbətən aşağı enəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedoplistskaro): mayın 2-dək əksər rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir. Havanın temperaturu gündüz +23, +28 dərəcə isti təşkil edəcək, mayın 2-də isə enəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo, Dedoplistskaro): mayın 2-dək əksər rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir. Mayın 2-də havanın temperaturu gündüz +18, +23 dərəcə təşkil edəcək”,
- məlumatda deyilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google