Bələdiyyə Məclisinin yeni binasının tikintisi ilə bağlı tender dördüncü cəhddə baş tutub
Marneuli Bələdiyyə Məclisinin yeni binasının tikintisi üçün elan edilmiş tender dördnücü cəhddə baş tutub. Tenderdə iştirak edən yeganə şirkət, "Mşen-Servis" MMC meriyanın elan etdiyi 2 156 344 lari dəyərində tenderdə rəqibsiz qalib gəlib.

Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze 2023-cü ilin 22 mart tarixində "Marneuli" radiosu ilə söhbəti zamanı bildirmişdi ki, yeni binanın tikintisinə əməkdaşların sayının
çox olmasına görə qərar veriblər.

Binanın tikintisi üçün ayrılmış vəsait 2024-cü ildə 50%, 2025-ci ildə isə 50% yerli büdcədən maliyyələşdiriləcək.

Qeyd edək ki, Marneuli meriyası Bələdiyyə Məclisi binasının smeta sənədinin hazırlanmasına 72 000 lari xərcləyib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები