Marneuli meriyası və Bələdiyyə Məclisinnin PR şöbələrinə yeni fotokameralar alınacaq
Marneulinin yerli özünüidarəsi meriya və Bələdiyyə Məclisinin PR şöbələri üçün fotokameralar alacaq. Marneuli meriyası texnika və müxtəlif aksessuarları 51 000 lariyə almağı düşünür.

Dövlət alqı-satqı xidmətinin veb-səhifəsinə yüklənmiş sənədlərə görə, meriyanın PR şöbəsi üçün yerli özünüidarə büdcəsində üç ədəd fotoaparatın, fotoaparat linzaları, elementlər, yaddaş kartları, çanta, işıqlandırma, prinetrin alınması nəzərdə tutulub.

Marneuli Bələdiyyə Məclisinin PR xidmətinə bir fotoaparat, aparat linzası, elementlər, yaddaş kartları, fotoaparat çantası, işıqlandırma, mikrofon üçün başlıq və printer alınacaq.

51 000 lari dəyərində tenderdə iştirak etmək istəyən namizədlər 27-29 aprel tarixində öz təkliflərini göndərə bilərlər.

Qalib şirkət müqavilə bağlandıqdan sonra 30 gün ərzində meriyaya texnikanı təqdim etməlidir.

Vəsait 100% yerli büdcədən maliyyələşdirilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google