Marneulinin aqrar bazarında bugünkü qiymətlər
Marneulinin aqrar bazarın adi qaydada fəaliyyətini davam etdirir. Bazarda əhali sıxlığı hiss olunur. Təxminən 70 piştaxta açıq məkanda ikitərəfli düzülüb və satıcıları qəbul edir. Əraziyə maskasız daxil olmaq qadağandır.

Yerli sakinlərin “Marneuli” radiosuna bildirdiyinə görə, burada müqayisədə ucuz alış-veriş edirlər və ərzaq almaq üçün kəndlərdən gəlirlər.

1 kiloqram kartofun qiyməti bu gün 80 tetri idi.

1 kiloqram pomidor 2 laridir.

1 kiloqram soğan 1 laridir.

Marneuli bazarında 1 kiloqram göy lobya 3 laridir.

1 kiloqram xiyar 1,20 laridir.

5 dəstə göyərti 1 laridir.

1 kiloqram çiyələk 5 laridir.



Marneuli bazarı koronovirusun yayılmasının qarşısının alınması məqsədi ilə bir ay müddətində bağlı qaldı. 27 aprel tarixində isə yalnız aqrar bazar fəaliyyətə başladı.

Print ელ. ფოსტა
FaceBook Twitter Google