სიახლე
ABŞ-da koronavirusa rekord sayda – 47 000 yoluxma halı təsdiqləndi

“Reuters” agentliyi xəbər verir ki, ABŞ-da bir gündə 47000 yeni koronavirusa yoluxma halı təsdiqlənib ki, bu da pandemiyanın başlamasından bəri ən yüksək göstəricidir.



Agentliyin verdiyi məlumata görə, ABŞ-da koronavirus səbəbindən daha 1199 nəfər ölüb.

Qeyd edək ki, ABŞ-ın 14 ştatında koronavirusa yoluxma halları iyun ayında iki dəfə artıb.

ABŞ-ın Allergiya və Yoluxucu Xəstəliklər Milli İnstitutunun direktoru Entoni Fauc ölkədə infeksiyanın gündəlik nisbətinin 100 mindən çox ola biləcəyini bildirib. O, Amerikalıların böyük bir qisminin ictimai məsafəyə riayət etmədiklərini və maska taxmadığını, bununla da vəziyyəti idarəolunmaz hala gətirə biləcəklərini deyib.

Xatırladaq ki, ABŞ virusa yoluxanların və ölənlərin sayına görə dünyada birinci yerdədir.

 

FaceBook Twitter Google
მსგავსი სიახლეები
COVID-19-სთან ბრძოლაში რიჩარდ ლუგარის ცენტრის მნიშვნელობის ზრდასთან ერთად, კრემლისტური მედია, რომელიც წლებია ლაბორატორიასთან დაკავშირებით სხვადასხვა კონსპირაციას ავითარებს
სრულად
04:00 / 05.08.2020
დაიცავი დისტანცია