Xəbərlər
10 avqust: koronavirusa 25 yeni yoluxma halı aşkarlandı, 10 nəfər isə sağaldı
10 avqust səhər saatlarına olan məlumatlara görə, Gürcüstanda son 24 saat ərzində koronavirusa 25 yeni yoluxma halı aşkarlanıb, daha 10 xəstə isə sağalıb.

Hökumətin rəsmi stopcov.ge veb-saytının verdiyi məlumata görə, Gürcüstanda Covid-19-a ümumilikdə 1250 yoluxma halı təsdiqlənib ki, onlardan da 1010 nəfər sağalıb, 17 nəfər isə vəfat edib.

Digər məlumatlara gəlincə, hazırda 7068 nəfər karantin rejimində, 242 nəfər isə stasionarda nəzarət altındadır.

Xaricdən müalicə üçün gətirilmiş Gürcüstan vətəndaşlarının sayı isə 41 nəfərdir.

FaceBook Twitter Google
დაიცავი დისტანცია