Gürcüstanda daha 1 824 nəfər koronavirusa yoluxub
27 oktyabr tarixinə olan məlumata görə, son 24 saat ərzində Gürcüstanda koronavirusa (Covid-19) 1 824 yeni yoluxma halı aşkarlanıb və yoluxan insanların sayı 32 127 nəfərə çatıb.

Bu barədə məlumat hökumət tərəfindən xüsusi yaradılan stopcov.ge saytında yayımlanıb.

Sağalanların sayında da artım var – daha 1 262 nəfər sağalıb və sağalanların sayı 12 632 nəfər olub. Bu günə qədər isə Gürcüstanda koronavirusdan 238 nəfər dünyasını dəyişib.

Karantin rejimində 3 757, stasionar nəzarət altında 3 847 nəfər var, 2 249 simptomsuz xəstə xüsusi mehmanxanalarda müalicə olunur. Bundan əlavə, 41 nəfər Gürcüstan vətəndaşı müalicə üçün xaricdən ölkəyə gətirilib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google