ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Baydenin dünənki andiçmə
mərasimindən sonra ölkənin qərb sahillərində yerləşən Portland və
Sietl (Seattle) şəhərlərində solçu hərəkatları iğtişaş törədiblər.
Bu barədə hər iki şəhərin polis departamentləri “Twitter”
səhifəsindən bildiriblər.
“Fox News” xəbər verir ki, Sietlin mərkəzində etirazçılar məhkəmə
binasını və “Amazon”un dükanını dağıdaraq dövlət bayrağını
yandırıblar. İki nəfər saxlanılıb. Portlandda isə Demokrat
Partiyasının şəhər ofisi dağıdılıb, gömrük və immiqrasiya
xidmətlərinin binaları daşqalaq edilib.
Bir qismində elektroşok cihazı, qaz balonları gətirən etirazçılar
antifaşist təşkilatları və əks-irqçi BLM hərəkatının üzvü
olduqlarını göstərən şüarlar səsləndiriblər.
Mənbə: report.az