Azərbaycan Gürcüstandan kakao tədarükünə çəkdiyi xərci kəskin artırıb
Bu ilin I rübündə Gürcüstan Azərbaycana 446,4 min ABŞ dolları dəyərində kakao və kakao məhsulları ixrac edib.

Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 3,2 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın kakao və kakao məhsulları ixrac etdiyi ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə
4 milyon ABŞ dolları dəyərində kakao və kakao məhsulları satıb ki, bu da bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur. O cümlədən Gürcüstandan Ermənistana 1,8 milyon ABŞ dolları, İrana 612 min ABŞ dolları, İraqa 473 min ABŞ dolları, Özbəkistana 208 min ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 10,3 milyon ABŞ dolları dəyərində kakao və kakao məhsulları ixrac edib ki, bunun da 1,9 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google