Bu ilin I rübündə Gürcüstan Azərbaycana 336 min ABŞ dolları
dəyərində balıq (dondurulmuş) ixrac edib.
Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında
apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün
göstəricisindən 43 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın balıq ixrac etdiyi ölkələr
sırasında 1-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 612 min ABŞ dolları
dəyərində balıq
satıb ki, bu da bir il əvvəlki göstəricidən 52 %
azdır. O cümlədən, Ermənistana 182 min ABŞ dolları və Ukraynaya 93
min ABŞ dolları dəyərində tədarük həyata keçirilib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 2,9 milyon ABŞ dolları
dəyərində balıq ixrac edib ki, bunun da 1,4 milyon ABŞ dolları
Azərbaycanın payına düşüb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.