"Socar Georgia Gas" artıq mart ayının borcunu ödəmiş vətəndaşlara borcun necə qaytarılacağını izah edib

Subsidiya məbləği artıq mart ayının borcunu ödəmiş abonentlərin şəxsi kartına köçürüləcək

– bu haqda “Socar Georgia Gas”ın bəyanatında deyilir.

Şirkət üç ayın borcunun ödənilməsi ilə bağlı hökumətin bugünkü qərarına münasibət bildirib.

“Socar Georgia Gas”dan bildirirlər ki, subsidiya məbləği keçən ayların borcuna və təbii qazın çəkilməsi xərclərinə aid deyil.

“Artıq mart ayının borcunu ödəmiş və 200 kub metrədək təbii qaz istifadə etmiş abunəçilərin subsidiya məbləği şəxsi kartına köçürüləcək.

Subsidiya məbləği keçən ayların borcuna aid deyil.

“Socar Georgia Gas” bu qərarın icrası mexanizmlərinin dəqiqləşdirilməsini gözləyir”,
– bəyanatda qeyd olunub.

Mənbə: primetime.ge

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google