Marneuli bələdiyyəsinin Maradisi kəndində internetin çəkilməsi üçün
hava optik-lifli kabel çəkmək üçün “Genet” MMC-yə icazə verilib.
“Marneuli” radiosu tərəfindən 12 may tarixində hazırlanmış
materialda Maradisi kənd əhalisi kənddə kabel internetin
olmamasından və şagirdlərin, müəllimlərin distant şəkildə dərs
zamanı problemlər yaranması ilə bağlı narahatlıqlarını
bildirmişdilər.
Maradisi ictimai məktəbinin gürcü dili və ədəbiyyatı müəllimi
Anjela Bolkvadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
mobil internetidən istifadə etmək müəllim və şagirdlər üçün
çətindir.
Naira Paksadzenin övladları Maradisi ictimai məktəbində oxuyurlar.
Paksadzenin onuncu və səkkizinci sinif şagirdləri olan övladları
dərslərə mobil internet vasitəsilə qoşulurlar.
“Mənim övladlarım dərsə qoşulanda 4-5 dəfə internet
kəsilir. Sonra müəllim özü əlaqə saxlayır və dərsi başa düşüb
düşmədiklərini soruşur. Çox əziyyət çəkirlər. Ümid edirik ki, bizim
kəndə də kabel internet çəkiləcək”, – Naira Paksadze
deyir.
Müəllim və şagirdlər kimi Maradisili tələbələr üçün də problem
yaranır. Tamila Paksadze İvane Cavaxişvili adına Tbilisi Dövlət
Universitetinin ikinci kurs tələbəsidir. Naira Paksadze kimi o, da
deyir ki, internetin keyfiyyətsiz olmasına görə mühazirələrə qoşula
bilmir və məhz buna görə təhsil almaqda çətinliklərlə
qarşılaşır.
Marneuli meriyasından 12 may tarixində Maradisi kəndinə hansı
internet provayderin kabel interneti çəkəcəyini deməmişdilər və
yazılı şəkildə müraciət etməmizi məsləhət görmüşdülər.
“Marneuli” radiosunun məktubuna bələdiyyə 10 iş günü əvəzinə 17 iş
günündə cavab verdi.
Marneuli meriyası “Genet” MMC-yə Maradisi kəndinə kabel internet
çəkmək üçün 2020-ci ilin 19 mart tarixində icazə verib.