Gürcüstan Azərbaycandan şəkər idxalına çəkdiyi xərci kəskin azaldıb
Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 171 min ABŞ dolları dəyərində şəkər və qənnadı məmulatları idxal edib.

Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 90 % azdır.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 19 milyon ABŞ dolları dəyərində şəkər və qənnadı məmulatları alıb ki, bu da bir il əvvəlki
göstəricidən 20 % azdır. O cümlədən Fransadan 4,3 milyon ABŞ dolları, Türkiyədən 3,3 milyon ABŞ dolları, Rusiyadan 3 milyon ABŞ dolları, Niderlanddan 2,1 milyon ABŞ dolları, Ukraynadan isə 1,61 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 140 milyon ABŞ dolları dəyərində şəkər və qənnadı məmulatları idxal edib ki, bunun da 3,4 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google