Hüquq Komissiyası “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib
Gürcüstan Parlamentinin Hüquq Komitəsi "xarici agentlər" haqqında qanun layihəsinn ikinci oxunuşda qanunverici orqanın müzakirəsinə çıxarılmasını dəstəkləyib.

Müvafiq qərar komitənin iclasında qəbul olunub.

Bildirilib ki, sənədin qəbulu qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin xaricdən maliyyələşməsində şəffaflığı təmin edəcək.

Gürcüstan Parlamentinin Hüquq Komissiyası ikinci dinləmədə “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib.

İclas 10 saata yaxın davam edib.

Qeyd edək ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası “xarici agentlər haqqında” qanuna dəstək məqsədilə 29 aprel tarixində, Tbilisidə parlament binası qarşısında mitinq keçirilib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google