Daxili İşlər Nazirliyi 9 Aprel küçəsində rezin güllələrdən istifadə olunmasını təkzib edir
Daxili İşlər Nazirliyi bu gün 9 aprel küçəsində nümayişçilərə qarşı rezin güllələrdən istifadə edildiyini təkzib edir. Bu barədə Daxili İşlər Nazirliyində keçirilən brifinqdə daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze məlumat verib.

“Parlamentdə səsvermə başa çatdıqdan sonra saat 20:00 radələrində Daxili İşlər Nazirliyi parlament üzvlərinin və ofis əməkdaşlarının Çitadze küçəsindən təhlükəsiz çıxışını təmin edib.

Parlament binası tamamilə
tərk edildikdən və deputatlara fərdi hücum riski qalmayandan sonra Nazirlik işğal olunmuş ərazilərin mərhələli şəkildə azad edilməsi barədə qərar qəbul edib.

Aksiya iştirakçıları etirazlarını bildirmək və aksiyanı parlamentin yaxınlığında dinc şəraitdə davam etdirmək imkanı əldə ediblər.

Nazirliyin çoxsaylı çağırışlarına baxmayaraq, bir qrup etirazçı zorakılıqla Çitadze tərəfdən parlamentin girişinin dəmir qapısını zədələməyə cəhd edib.

Polisin və aksiyanın digər iştirakçılarının çoxsaylı müraciətlərinə baxmayaraq, zorakı qruplar qanunverici orqanın qapısını zədələməkdə davam edib və icazəsiz parlamentin ərazisinə daxil olmağa cəhd ediblər.

Polis qanuna uyğun olaraq xüsusi vasitədən - su şırnağından istifadə edib.

Mitinq iştirakçıları Çitadze küçəsindəki qoruyucu tikinti maneələrini sökməyə başlayıb və onların vasitəsilə parlamentin giriş qapısını zədələməyə cəhd ediblər.

Zorakılıq hərəkətləri aydın şəkildə müəyyən olunduğundan sonra Daxili İşlər Nazirliyi tərəfindən qanunla müəyyən edilmiş xüsusi vasitələrdən, gözyaşardıcı qazdan və bibər qazdan istifadə edib.

Mitinq iştirakçıları zorakılıq, müxtəlif əşya və tikililərdən, eləcə də mənşəyi məlum olmayan gözyaşardıcı qazdan istifadə etməklə parlament binasına soxulmağa cəhd göstərirlər.

Aksiya iştirakçıları parlament binasının həyətində polislərə hücum edir.

Qeyd olunan zorakılıq hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin əməkdaşı xəsarət alıb.

Son 2 gündə mitinq iştirakçılarının zorakılığa məruz qalması nəticəsində Daxili İşlər Nazirliyinin 7 əməkdaşı yaralanıb.

Bundan başqa, aksiya iştirakçıları Daxili İşlər Nazirliyinin əməkdaşlarının yerləşdiyi Xüsusi Dövlət Mühafizə Xidmətinin binasının həyətinə müxtəlif ağır əşyalar, o cümlədən butulka və daşlar, gözyaşardıcı qaz atırlar.

Həmçinin mitinq iştirakçılarından bir neçəsi inzibati binada yerləşən videomüşahidə kameralarına ziyan vurub.

Çoxsaylı çağırışlara baxmayaraq, mitinq iştirakçıları hər iki dəhlizi bağlayıblar və nəqliyyatın hərəkətini süni şəkildə iflic edirlər”,
- Daraxvelidze bildirib.

Səhiyyə Nazirliyinin məlumatına görə, mayın 1-də Parlament yaxınlığında keçirilən etiraz aksiyası zamanı xəsarət alan 8 mülki şəxs xəstəxanaya yerləşdirilib.

Təcili koordinasiya və təcili yardım qrupları onları müxtəlif tibb müəssisələrinə aparıb. Onlardan biri klinikadan evə buraxılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəsarət alanların müxtəlif dərəcəli bədən xəsarətləri, o cümlədən üz, baş və bədənin müxtəlif nahiyələrində yaralar, intoksikasiya və tənəffüs yollarının ağırlaşmaları var.

“Hazırkı mərhələdə tibb müəssisəsinə yerləşdirilən xəstələrin sağlamlıq vəziyyəti qənaətbəxşdir. Onlara müvafiq tibbi yardım göstərilir və müşahidə altındadırlar”,
- deyə Səhiyyə Nazirliyindən bildirilib.

Agentliyin məlumatına görə, aksiyanın keçirildiyi əraziyə 20 fövqəladə koordinasiya və təcili yardım briqadası səfərbər edilib.

“Onlarla vətəndaşa, o cümlədən bir hüquq-mühafizə orqanının əməkdaşına yerindəcə tibbi yardım göstərilib. Ən çox baş ağrıları və gözlərdə yanma qeydə alınıb. İctimaiyyəti məlumatlandırmaq üçün izah edirik ki, tibb personalı bütün vətəndaşlara lazımi tibbi xidmət göstərir. Kampaniya başlayandan Rustaveli prospekti yaxınlığında təcili xilasetmə briqadaları əlavə olaraq səfərbər edilib”, - Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Rusiya qanunununa etiraz aksiyasının keçirildiyi parlament binası yaxınlığında polis su şırnaqlarından və bibər qazından istifadə edib. Mitinq iştirakçılarından bəziləri rezin güllələrə də tuş gəldiyini deyir. Onların arasında “Qirçi - More Freedom”un üzvü Tsotne Koberidze də var. Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının məlumatına görə, polis saat 22:00-da parlamentə bitişik ərazidə aksiya iştirakçılarına qarşı bibər qazı, gözyaşardıcı qaz, rezin güllələr və su şırnaqlarından istifadə etməyə başlayıb.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google