“Reuters” xəbər verir ki, ABŞ-da son 24 saat ərzində
koronavirusdan daha 4 461 nəfər ölüb və ölənlərin ümumi sayı 150
mini keçib.
Agentlik ABŞ-da ötən 24 saatın hər dəqiqəsində bir nəfərin
koronavirusdan öldüyünü təxmin edir.
“Reuters” yazır ki, ABŞ-da Covid-19 səbəbindən ölənlərin sayı son 2
ayda sürətlə artmaqdadır. Son 11 gündə ölənlərin sayı 10 000 nəfər
artıb.
Məlumat üçün bildirək ki, ABŞ koronavirusdan ölənlərin sayına görə
dünyada birinci yerdədir.