"Başa düşməliyik ki, Qarabağ problemi, ən azından bu
mərhələdə, diplomatiya yolu ilə həll oluna bilməz" –
deyə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün, 21 oktyabrda
Facebook-da canlı yayımda söyləyib.
Onun sözlərinə görə, Azərbaycan ikitərəfli bir uzlaşmaya razı
deyil, buna görə də bu mərhələdə hər hansı bir danışıq mənasız
olar.
“Bizim vəzifəmiz xalqımızın hüquqları uğrunda sona
qədər mübarizə aparmaqdır. Bu o deməkdir ki, vətənimizi qorumaq
üçün hamımız əlimizə silah götürməliyik. Bu proses effektiv şəkildə
idarə olunarsa, bizim üçün məqbul olan diplomatik bir həll yolu
tapacağıq, çünki bu gün Azərbaycan Qarabağın təslim edilməsindən
başqa heç bir şeyə razı olmadığını söyləyir. Biz isə dəfələrlə
Ermənistanın Artsaxsız mövcud ola bilməyəcəyini
bildirdik."
Burada Paşinyan şəhər bələdiyyə sədrlərini və kənd idarələrinin
rəhbərlərini erməni xalqının hüquqlarını qorumaq üçün könüllü
birləşmələr yaratmağa çağırdı.
Paşinyanın açıqlamasından əvvəl Rusiya xarici işlər naziri Moskvada
Ermənistan xarici işlər naziri ilə Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı görüş keçirdi.
Ermənistan və Azərbaycan qüvvələri arasında müharibə artıq 25
gündür davam edir. Tərəflər arasında əldə edilmiş iki humanitar
atəşkəsə baxmayaraq, döyüşlər davam dayanmayıb. Dünən Azərbaycan
Prezidenti İlham Əliyev münaqişənin cənub hissəsində
İran-Ermənistan sərhədindəki ən böyük yaşayış məntəqələrindən biri
olan Zəngilan da daxil olmaqla yeni yaşayış məntəqələrini işğaldan
azad etdiklərini elan etdi. Erməni tərəfi də öz növbəsində cəbhənin
cənub hissəsində əks hücuma məruz qaldığını bildirdi.
Mənbə:
Netgazeti