Bağdatinin Dimi kəndində baş verən yol qəzası 4 nəfərin həyatına son qoyub
Bağdati Bələdiyyəsinin Dimi kəndində baş verən avtomobil qəzasında 4 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb. Əldə olunan məlumata görə, ölənlərdən biri 4 yaşlı uşaqdır. Digər ölənlər uşağın atası, əmisi və nənəsidir.

Uşağın anası və daha bir azyaşlı klinikaya aparılıb.

Təcili yardım və patrul polis qrupları hadisə yerinə cəlb olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı 276-cı maddənin altıncı hissəsi ilə istintaq başlanıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google