Paşinyanın həyat yoldaşı müharibəyə gedəcəyini elan edib
Ermənistanın Baş nazirinin xanımı Anna Akopyan hərbi təlimlərdən sonra sərhədləri qorumaq üçün Qarabağa gedəcəyini söyləyib.

“Sabahdan etibarən mən də daxil olmaqla 13 qadın hərbi təlimə başlayacaq. Bir neçə gündən sonra sərhədlərimizi qorumağa gedəcəyik. Vətənimizi və ləyaqətimizi düşmənə verə bilmərik", – Anna Akopyan "Facebook" səhifəsində yazıb.

Rəsmi məlumatlara görə, 27 sentyabrda hərbi əməliyyatların başlamasından təxminən bir ay əvvəl Anna Akopyan Qadınlar Sülh Naminə kampaniyası çərçivəsində hərbi təlimə başlayıb.

Xatırladırıq ki, Ermənistanla Azərbaycan arasında sentyabrın 27-də Dağlıq Qarabağda başlayan hərbi əməliyyatlar bu günə qədər müxtəlif intensivliklə davam edir. Tərəflər bir ay ərzində əldə edilmiş üç humanitar atəşkəs razılaşmasını da pozublar.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google