Kvemo Bolnisi (Kəpənəkçi) kəndinə 1350 metr məsafədə beton yol çəkilib
Bolnisi meri Davit Şerazadişvili, məkan quruculuğu və infrastruktur xidmətinin nümayəndələri ilə birlikdə Kvemo Bolnisi (Kəpənəkçi) kəndinin çəkilişi başa çatmış daxili yollarını nəzərdən keçiriblər.

Bolnisi meriyasından İPN-ə verilən məlumata görə, infrastruktur layihəsi çərçivəsində kənddə 1350 metr məsafədə müasir standartlara cavab verən beton yol və kanalizasiya arxları çəkilib. Layihə “Regionlarda həyata keçiriləcək layihələr fondu” və yerli büdcənin birgə maliyyəsi ilə həyata keçirilib. Layihənin ümumi dəyəri 643 488 lari təşkil edib.

“Bolnisi bələdiyyəsi üçün bizim vətəndaşların tələbini yerinə yetirmək həmişə prioritetdir. Ona görə də pandemiyaya baxmayaraq Kvemo Bolnisidə beton yolun çəkilməsi işlərini həyata keçirdik. Sevinirəm ki, əhali indi artıq yolda rahat hərəkət edə biləcək. Kvemo Bolnisi və bələdiyyənin başqa kəndlərində yol infrastrukturunun qurulması işləri gələcəkdə də fəal şəkildə həyata keçiriləcək”, — Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili bildirib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google