Gənclər bu gün saat 19:00-da Parlament qarşısında etiraz aksiyası keçirəcəklər

Rustaveli prospektində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edən gənclərin bəyanatına görə, onlar bu gün saat 19:00-da yenidən Parlamentin qarşısına toplaşacaqlar.


Bu gün müxtəlif universitetlərin tələbələri Rustaveli prospektini bağlayıblar.

Əvvəl mitinq iştirakçıları Parlament binasının ərazisindən hökumət administrasiyasına, daha sonra “Gürcü arzusu”nun ofisinə doğru yürüş edib, oradan qanunverici orqana qayıdıblar.

Yürüş zamanı tələbələr “Gürcüstan, Gürcüstan!”, “rus qanunlarına yox!” şüarları səsləndiriblər.

Toplananlar hesab edir ki, “Xarici Təsirin Şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı maarifləndirmə işi aparılmalıdır və bunun nə qədər təhlükə olduğu bildirilir.

Bugünkü aksiyanın təşkilatçısı “Dafion” tələbə hərəkatıdır.


“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google