Mülki Aviasiya Agentliyinin məlumatına görə, Gürcüstan Avropa
çempionatını Almaniyaya artan uçuş tezliyi ilə qarşılayır.
Xüsusilə, bu ilin iyun-iyul aylarında Almaniyaya 2023-cü ilin eyni
dövrü ilə müqayisədə təxminən 30% çox uçuş həyata keçiriləcək.
Aviaşirkətlərin Mülki Aviasiya Agentliyinə təqdim etdiyi
müraciətlərə və təsdiq edilmiş cədvəllərə əsasən, futbol üzrə
Avropa çempionatı zamanı Gürcüstan və Almaniya arasında 4
aviaşirkət tərəfindən 8 istiqamətdə, həftədə 30 tezliklə birbaşa
müntəzəm uçuşlar həyata keçiriləcək.
Georgian Airways:
• Tbilisi - Münhen - Tbilisi - 3 tezlik;
• Tbilisi - Berlin - Tbilisi - həftədə 2 tezlik.
Wizz Air:
• Kutaisi - Berlin - Kutaisi - həftədə 3 tezlik;
• Kutaisi - Dortmund - Kutaisi - həftədə 2 tezlik;
• Kutaisi - Meminqem - Kutaisi - həftədə 3 tezlik;
• Kutaisi - Hamburq - Kutaisi - həftədə 2 tezlik;
• Kutaisi - Frankfurt - Kutaisi - həftədə 2 tezlik.
Lufthansa:
• Münhen - Tbilisi - Münhen - həftədə 10 tezlik.
Eurowings:
• Berlin - Tbilisi - Berlin - həftədə 1 tezlik;
• Düsseldorf - Tbilisi - Düsseldorf - həftədə 2 tezlik.
Qeyd edək ki, Almaniyaya birbaşa uçuşlarla yanaşı, İstanbul
vasitəsilə də getmək olar. Hər gün iki aviaşirkət (Türk Hava
Yolları və Pegasus Hava Yolları) Almaniyanın müxtəlif şəhərlərinə
uçuşlar həyata keçirir. Avropanın digər şəhərlərindən də tranzit
kimi istifadə etmək mümkündür.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415