14 yaşlı Aytac Şahmarovanın qəsdən qətlə yetirilməsi, onun anası
Yeganə Məhərrəmova
və dayısı Natiq Məhərrəmovun zorla ərə vermək və cinayət barədə
xəbər verməməkdə təqsirləndirilərək həbs olunduqları cinayət işi
üzrə məhkəmə hökmü aprelin 30-da elan edəcəyi gözlənilir.
Rustavi Şəhər Məhkəməsinin hakimi Maya Şoşiaşvili müttəhimlərin
yekun çıxışını dinlədikdən sonra hökmü çıxarmaq üçün müşavirələrə
gedəcək. Çox güman ki, həmin
gün qərarı açıqlayacaq.
Dünənki iclasda tərəflər yekun nitqi ilə çıxış ediblər.
İttiham tərəfi təqsirli hökm gözləyir.
İşin prokuroru Xatia Qoqriçianinin sözlərinə görə, iş üzrə
təqsirləndirilən şəxslərə qarşı həm birbaşa, həm də dolayı sübutlar
var ki, bu da müttəhimlərin 13 yaşlı uşağa qarşı gördüyü
hərəkətləri – məcburi nikah və xəbər verməməsini birmənalı şəkildə
təsdiqləyir.
İttiham tərəfindən fərqli olaraq, Aytac Şahmarovanın anası və
dayısının vəkilləri bəraət hökmünün çıxarılmasını gözləyir. Bu gün
keçirilən prosesdə təqsirləndirilən Natiq Məhərrəmov vəkili
vasitəsilə bacısı Yeganə Məhərrəmovadan üzr istəyib və polisə zəng
etmədiyini, onu hədələdiyini bildirib. İşin prokuroru hesab edir
ki, məhkəmə bunu bölüşə bilməz, çünki hallar bir-birini istisna
edir.
Vəkil Əli Bədrovun sözlərinə görə, təqsirləndirilən şəxslərin heç
bir günahı yoxdur və onlar tərəfindən evlənməyə məcbur edilmə və ya
cinayət barədə məlumat verilməməsi halları baş verməyib.
Məlumat üçün bildirək ki, qətlə yetirilən Aytac Şahmarovanın anası
və dayısı prokurorluğun irəli sürdüyü ittihamları tanımır. Onların
izahına görə, qız heç bir məcburiyyət olmadan öz istəyi ilə ailə
qurub.
Aytac Şahmarovanın qətlinə gəlincə, qatil Əli Sadıkov həbs
edilib.
O, Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “e”, “t” və “k”
bəndləri, 236-cı maddəsinin 4-cü hissəsi və 143-cü maddənin 3-cü
hissəsinin “D” yarımbəndi ilə ittiham olunub ki, bu da 16 ildən 20
ilədək və ya ömürlük azadlıqdan məhrum etmə nəzərdə tutur.
Oktyabrın 6-da Saqareconun Ləmbəli kəndində 14 yaşlı Aytac
Şahmarova qətlə yetirilib. Qətlə yetirilən azyaşlı əslən Dmanisinin
Məmişli kəndindən olub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.