Marneuli Bələdiyyə Məclisi bu gün, 1 may tarixində üç vətəndaşa,
təmənnasız, 15 il müddətinə qeyri-kənd təsərrüfatı torpaq sahəsi
verib.
Marneuli Bələdiyyə məclisinin qərarı ilə bir vətəndaşa torpaq
sahəsi Tsereteli kəndində, iki vətəndaşa isə Keşəli kəndində
verilib.
“Marneuli bələdiyyənin Tsereteli kəndində yerləşən
83.04.14.121 kadastr kodlu, 300 kv.m qeyri-kənd təsərrüfatı torpaq
sahəsinə 15 il müddətinə icarə hüququnun,birbaşa istifadə qaydası
ilə Davit Şubitidzeyə verilməsini tələb edirlər” –
məsələnin məruzəçisi Qivi Qiorqadze bildirir.
Marneuli Bələdiyyə Məclisi iclasında Tsereteli kəndində 300 kv.m
torpaq sahəsinin 15 illik icarəyə verilməsi ilə bağlı əlavə
açıqlama verilməyib. Bələdiyyə Məclisi məsələ ilə bağlı müsbət
qərar qəbul edib.
Marneuli Bələdiyyə Məclisində eləcə də Keşəli kəndində 30-30 kv.m
torpaq sahəsinin istifadəyə verilməsi ilə əlaqədar müsbət qərar
qəbul edilib. Torpaq sahələri 15 il müddətinə Eldəniz Yusubov və
Qələm Qələndərova verilib.
“Qeyd olunan iki sahədə suvarma suyu nasos stansiyası,
suvarma suyu üçün nasos yerləşir və əhalinin maneəsiz su alması
üçün istəyirik ki, müqavilə davam etsin” – Marneuli
meriyasının Əmlak İdarəsi və Maddi-Texniki Xidmət rəhbəri Aqil
Əmircanov bildirib.
Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze bildirib ki,
Keşəli kəndində torpaq sahələrinin istifadəyə verilməsinin yeganə
məqsədi kənd əhalisinin suvarma suyu ilə təmin edilməsidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.