Mayın 15-də Almaniya Federal Kansleri Olaf Şolz İsveçrənin Federal
Prezidenti Viola Amherdlə birgə keçirdiyi mətbuat
konfransında rus qanunları ilə bağlı açıqlama verib və bildirib ki,
baş nazir İrakli Kobaxidze ilə görüşdə dediyi kimi, o, bu qanunu
səhv hesab edir.
“Mən Gürcüstanın baş naziri ilə məhz bu yerdə
dayanmışdım və sonra açıq şəkildə dedim ki, mən bu qanunu səhv
hesab edirəm və qəbul edilməməli idi. Bu qanun qəbul ediləndən bu
mövqedə heç nə dəyişməyib”.
Almaniya kansleri Olaf Şolz və Gürcüstanın baş naziri İrakli
Kobaxidze aprelin 12-də görüşüblər və burada mətbuata birgə
bəyanatla çıxış edən Şolz parlamentin rus qanunlarını yenidən geri
götürəcəyinə ümid etdiyini bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.