Aztəminatlı statusu olmayan ailələr də meriyadan 2 000 lariyə qədər vəsait ala biləcəklər
Marneuli Bələdiyyə Məclisi 27 mart tarixində yeni sosial proqram təsdiq edib. Bələdiyyə Məclisi iclasında meriyanın Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstəkgöstərmə Xidmətinin rəhbəri Nino Dekanoidze sosial paketdə edilən dəyişikliklər haqqında danışıb.

Dekanoidzenin sözlərinə görə, yeni sosial paket vasitəsilə iqtisadi ehtiyacı olan ailələr maddi baxımdan təmin olunacaqlar.

“Biz səhiyyə və sosial təminat komissiyasını dəyişdik. Bu komissiyanın köməyi ilə biz sakinlərlə bağlı araşdırılması vacib olan bütün mühüm məsələləri araşdıra biləcəyik və indiki mərhələdə bələdiyyə proqramına yenidən maliyyə yardımı qoyacağıq. Proqram yenidən merin nümayəndələrinin köməyi ilə həyata keçiriləcək və məsələlər daha çox araşdırılacaq, obyektivliyə istiqamətlənəcək”, – Nino Dekanoidze bildirir.

Meriyanın Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstəkgöstərmə Xidmətinin rəhbəri “Marneuli” radiosu ilə söhbəti zamanı bildrir ki, meriyada yaradılmış xüsusi komissiya vətəndaşların vəziyyətini araşdıracaq və onlara meriyadan yardım lazım olub olmadığını müəyyən edəcək.

Sosial paket almaq istəyənlər meriyaya, yaxud merin inzibati vahidliklərdəki nümayəndəsinə müraciət etməlidir. Bundan sonra onların vəziyyəti araşdırılacaq və müvafiq yardım göstəriləcək.

Nino Dekanoidzenin sözlərinə görə, sosial proqram çərçivəsində meriyanın maksimum 2 000 lari vermək hüququ var.

Qeyd edək 2024-cü ilin büdcəsində yeni sosial proqram da yer alıb, vəsaitlər isə artırılıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google