Tbilisidən avtomobillə Batumiyə səyahət müddəti 3 saat 30 dəqiqə
saata enib.
Bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Bildirilib ki, bu gün
Zestafoni dolama avtomobil yolunun istifadəyə verilməsi nəticəsində
səyahət müddəti əhəmiyyətli dərəcədə qısaldılıb.
Qeyd olunub ki, Zestafoni dolama yolunun 9 kilometrlik
Şorapani-Arqveta seksiyası Rikoti Keçidi magistral yolu layihəsi
çərçivəsində açılıb. 4 tunel və 11 körpüyə malik dolama yolu keçmək
üçün 6 dəqiqə lazım olacağı, bununla yol təhlükəsizliyi
standartarının və səyahət rahatlığının artırıldığı bildirilib.
Gürcüstan hökumətinin məlumatına görə, Rikoti Keçidi magistral
yolunun 70% -i artıq tamamlanıb. Asiya İnkişaf Bankının
maliyyələşdirdiyi layihənin ümumi dəyəri 2,6 milyard laridir
(təxminən 1 milyard ABŞ dolları). Layihənin 2024-cü ilin sonunadək
tamamlanması gözlənilir. 52 kilometrlik Rikoti Keçidi magistral
yolu 97 körpüyə və 51 tunelə
malik olacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.