Mən kədərlənən gənclərə müraciət etmək istəyirəm ki, parlamentin
qapılarını tərk edin, daha orada heç nə baş vermir, bu qanun artıq
ikinci oxunuşda qəbul olunub.
Bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsirin
şəffaflığı haqqında” qanuna etiraz aksiyası iştirakçılarına
videomüraciətində bildirib.
S.Zurabişvilinin sözlərinə görə, indi “döyüş” xətti “Xarici təsirin
şəffaflığı haqqında” qanun üzərində deyil, seçkilər üzərindədir:
"Bu axşamkı hadisələri saraydan izləyəcəyəm və
dəfələrlə dediyim kimi sizinləyəm. Bütün dünya bizi izləyir və
bugünkü çıxışlar gürcü xalqının əhval-ruhiyyəsini, münasibətini,
məqsədyönlülüyünü göstərir ki, bu, bizim üçün ən böyük gücdür.
Gürcüstan heç vaxt Rusiya olmayacaq".
"Eyni zamanda, bu gün bizimlə olan gənclərə müraciət
etmək istəyirəm ki, artıq heç nə lazım deyil. Parlamentin
qapılarını buraxın, daha orda heç nə olmur. Bu qanun artıq ikinci
oxunuşda qəbul olunub və bizim mübarizəmiz artıq praktiki olaraq bu
qanun deyil. Mübarizəmiz seçkilərlə bağlı, hökumətin son vaxtlar
qəbul etdiyi və bizi Avropadan uzaqlaşdıran bütün qanunların ləğvi
ilə bağlıdır. Bu, məqsədimizdir, bibər qazının buraxılmasından və
zorakılıqdan başqa heç bir şey qapıda həll edilməyəcək.
Biz bunu təhrik etməyə ehtiyac duymuruq, çünki şübhəsiz ki,
zorakılıqla qarşılaşmalı olacağıq. Rustaveli prospektində dinc
olaq, orada Gürcüstanın nə olduğunu və ölkə gənclərinin nəyə qadir
olduğunu bir daha dünyaya göstərəcəyik”, -
S.Zurabişvili əlavə edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.