Gülgün Məmmədxanova, Natali Samxaradze, Aişən Qızbəsova, Temur
Suğaşvili – bunlar Marneulidə işləyən müəllimlərdir.
Onlar bu gün “Gürcü Arzusu”-nun planlaşdırdığı aksiyaya getmirlər,
dərslərini keçibər və Gürcüstanın Avropaya gedən yolunu açıq
şəkildə dəstəkləyirlər. Müəllimlər müxtəlif bələdiyyələrdən 29
aprel tarixində, sosial şəbəkədə fotolar yayımlayırlar ki, onlar
məktəbdədirlər və “rus qanununa” yox deyirlər. Marneulili
müəllimlərin bir qismi də bu fleşmoba qoşulub.
“Mən məzuniyyətdəyəm və aksiya ilə əlaqədar mənə heç kim
heç nə deməyib. Ancaq bu gün özümə öhdəlik bildim və öz mövqeyimi
bir daha ictimai şəkildə açıqladım ki, sabah azadlıqdan danışanda
şagirdlərimdən utanmayım”, – gürcü dili müəllimi Ayşən
Qızbəsova bildirir.
“Uşaqlar soruşdular ki, müəllim siz də aksiyaya gedirsiniz?
Cavab verdim ki, aksiya dünən idi, Gürcüstanın yarısı orada idi və
mən başqa aksiya bilmirəm. Bir qız dedi ki, müəllim siz Avropanı
istəyirsiniz və gülümsədi. Bəli, Avropanı istəyirəm! Hamımızın
gələcəyi üçün ən yaxşısı budur”, – daha bir gürcü dili
müəlliməsi bildirir.
Marneulidə işləyən daha iki müəllim – Temur Suğaşvili və Gülgün
Məmmədxanova sosial şəbəkədə fotolar yayımlayıb.
“Gürcü Arzusu” 29 aprel tarixində Parlament qarşısında “Rus
qanununa” dəstək aksiyası elan edib. Marneuli uşaq bağçaları
əməkdaşlarını aksiyaya getməyə məcbur edirlər. Bununla bağlı bir
çox bağça müəllimi “Marneuli” radiosuna məlumat verib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.