Müstəqillik Gününü qeyd etmək üçün 2 milyon dollar ayıracaq
Gürcüstan hökuməti mayın 26-da Gürcüstanın Müstəqillik Gününü qeyd etmək üçün tədbirlərə 5,3 milyon lari (təxminən 2 milyon dollar) ayıracaq.

Mayın 26-da Müstəqillik Gününün qeyd olunması 1918-ci ildə Noe Jordaniyanın başçılıq etdiyi Birinci Demokratik Hökumət tərəfindən Gürcüstanın müstəqilliyini elan etdiyi tarixə təsadüf edir. Gürcüstanın ilk demokratik respublikasının ömrü iki il yarım davam edib.

Gürcüstan Maliyyə Nazirliyi qeyd olunan məbləği hökumət administrasiyasının ehtiyat fondundan ayıracaq.

Bu gündə tədbirlərin əsas hissəsi adətən Tbilisinin Azadlıq meydanında və Rustaveli prospektində keçirilir.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə
olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google