Türkiyədə sərnişin avtobusu aşıb, ölənlər və yaralılar var
Türkiyənin Aksaray vilayətində avtobusun qəzaya uğraması nəticəsində azı 2 nəfər ölüb, 34 nəfər yaralanıb.
Bunu əyalətin valisi Mehmet Əli Kumbuzoğlu bildirib.

Onun sözlərinə görə, ölən və yaralananlar yerli vətəndaşlardır. Qəza yerli vaxtla 03:00 radələrində baş verib.

“Kilis şəhərindən İstanbula gedən sərnişin avtobusu Aksaray ərazisində idarəetmədən çıxaraq aşıb. İlkin məlumatlara görə, iki ölü və 34
yaralı var, onlardan altısının vəziyyəti ağırdır”.

Yaralılar yerli xəstəxanalara çatdırılıblar. Polis qəzanın başvermə səbəbini araşdırır.
Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
თეგები: Aksaray Qəza Türkiyə
FaceBook Twitter Google