Mayın 17-də ölkənin bir sıra bölgələrində Ədliyyə Evləri fəaliyyət
göstərəcək. Ədliyyə Evinin Marneulidə yerləşən filialı da adi
qaydada işləməyə davam edəcək.
Sabah, 17 may tarixində ölkədə qeyri-iş günü elan edilib. Ölkədə
tədris müəssisələri və bir sıra qurumlar fəaliyyət göstərməyəcək.
Ancaq, bölgələrdə mövcud olan Ədliyyə Evləri adi qaydada
işləyəcəklər. Bu barədə Ədliyyə Evi rəsmi feysbuk səhifəsində
məlumat yayıb.
“Nəzərinizə çatdırırıq ki, mayın 17-də ailə müqəddəsliyi və
valideynlərə hörmət günü ilə əlaqədar elan olunmuş bayramda Ədliyyə
Evinin aşağıda qeyd olunan filialları müştərilərə müxtəlif
xidmətlər göstərəcək.
Sabah istifadəçilər üçün aşağıda təqdim olunan xidmətlər əlçatan
olacaq.
Ədliyyə Palatasının şöbələri şəxsə aid hazır sənədləri (o cümlədən,
mayın 17-də veriləcək Gürcüstan vətəndaşının pasportu, şəxsiyyət
vəsiqəsi, doğum, nikah, ölüm haqqında vəsiqə və s.) verir.
Gürcüstan vətəndaşının elektron şəxsiyyət (müvəqqəti yaşayış yeri)
vəsiqəsi və biometrik pasportunu eyni gündə almaq istəyən
istifadəçilər yalnız Tbilisinin Mərkəzi, Batumi və Kutaisi Ədliyyə
Evlərinə müraciət edə bilərlər.
İlkin doğum və ölüm haqqında şəhadətnamələr aşağıda sadalanan bütün
filiallar tərəfindən verilir.
Nikah evləri gün ərzində normal qaydada fəaliyyət
göstərəcək”, – məlumatda bildirilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.