Daxili işlər naziri Vaxtanq Qomelauri, FTB-nin Tamar
Baçaliaşvilinin işində lazım olacağı təqdirdə iştirak edəcəyini
söyləyib. Nazir məsələyə münasibət bildirərkən işin istintaqının
yaxın vaxtlarda başa çatacağının gözlənildiyini bildirib.
“Mən Baçaliaşvilinin işi ilə bağlı açıq danışa bilmərəm. İstintaq
davam edir, məncə istintaq yaxın zamanda başa çatacaq. Lazım
gələrsə, FTB məhkəmə ekspertizasına cəlb ediləcəkdir, müstəntiqlər
hələ də işləyir", - deyə Qomelauri bildirib.
Ölkədə cinayətkarlığın artması məsələsinə gəlincə, nazirin
sözlərinə görə, müxtəlif istiqamətlərdə artım və ya azalma "normal
bir mövzudur".
"Bu hər zaman olacaq, cinayət statistikası bəzən artacaq, bəzən
azalacaq. Bu təəccüblü deyil", - deyə Qomelauri əlavə
edib.
Xatırladaq ki, Tamar Baçaliaşvili iyulun 18-də itkin düşmüşdü. Gənc
proqramçı son dəfə Tetritskaro rayonunda müşahidə kameraları
tərəfindən görülmüş, 5 günlük axtarışdan sonra Tetritskaro meşəsi
yaxınlığında avtomobilində ölü tapılmışdı. Baçaliaşvili işi ilə
əlaqədar istintaq qanunsuz azadlıqdan məhrum etmə maddəsi ilə
başladılmış, daha sonra intihar həddinə çatdırma maddəsi də
ittihama əlavə edilmişdi.