Marneuli polis şöbəsinin ərazisinə xüsusi təyinatlar səfərbər
edilib. Xüsusi təyinatlılar hal-hazırda avtomobildədirlər.
Rayona xüsusi təyinatların səfərbər edilməsinə səbəb "Gürcü Arzusu"
və "Vahid Milli Hərəkat" partiyasının üzvləri arasında baş vermiş
qarşıdurma olduğu güman olunur.
Qarşıdurma zamanı "VMH" partiyasının üzvü Qivi Kveladze xəsarət
alıb. O, "Aversi" klinikasına yerləşdirilib. Bununla yanaşı
"Mtavari" və "Gürcüstan Birinci Kanalı"-nın çəkiliş qrupuna da
hücum edilib. Çəkiliş qrupuna hücum zamanı "Mtavari" kanalının
jurnalisti xəsarət alıb. Xəsarət alan jurnalist "Geo Hospitals"
klinikasına yerləşdirilib. Klinikadan verilən məlumata görə, o,
kəllə-beyin travması alıb.
Həmçinin "Mtavari" və "Gürcüstanın Birinci Kanalı"-nın çəkiliş
qrupunun texnikasına da zərər dəyib.
Hadisə ilə bağlı istintaq başlayıb.