“Azərbaycan Ordusu bu günə qədər Ermənistan ordusunun
300-ə qədər tank və digər zirehli texnikasını, 200-dən çox hava
hücumundan müdafiə sistemlərini məhv edib”.
Bunu Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq
İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov ADA Universitetində
diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə
bildirib.
H. Mahmudov deyib ki, 38 tank, 16 artilleriya qurğusu və 27 hava
hücumundan müdafiə qurğusu Azərbaycan Ordusu tərəfindən qənimət
kimi ələ keçirilib:
“Ermənistanın açıqladığı rəsmi rəqəmlər isə bundan
qat-qat aşağıdır. Bu, onun göstəricisidir, Ermənistan özünün hərbi
texnikasının sayını gizlədir”.
Mənbə:apa.az