Bu gün, 8 may tarixində Marneulidə fəaliyyət göstərən “Azərbaycan
Evi”ndə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr
olunmuş tədbir keçirildi.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı, Marneuli
meriyasının əməkdaşları, digər dövlət qurumlarının əməkdaşları, din
xadimləri, ziyalılar, ictimai-siyasi xadimlər və dəvət olunmuş
qonaqlar iştirak edirdilər.
Tədbir iştirakçıları ilk olaraq “Azərbaycan Evi”-ndə nümayiş
etdirilən foto sərgi ilə tanış oldular.
Sərgidə Heydər Əliyevin
həyat və fəaliyyətini, Gürcüstanın sabiq Prezidenti Eduard
Şevardnadze, habelə dünya liderləri ilə görüşlərini əks etdirən
fotolar nümayiş etdirildi.
“Azərbaycan Evi”ndə keçirilən tədbirdə Əliyevin xatirəsi bir
dəqiqəlik sükutla yad edildi. Daha sonra isə tədbir iştirakçılar
Heydər Əliyevin həyat və fəaliyyətindən danışdılar.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.