Sadə yolla xəngəlin hazırlanması+ VİDEO
Azərbaycanın milli yeməklərindən biri də xəngəldir. Bu yeməyin hazırlanması olduqca asandır .
4/5 nəfərlik ailə üçün nəzərdə tutulmuş xəngəlin hazırlanması.

Xəmir üçün:
3st un
1 yumurta
1ç.q dolu duz
4-5st su
Xəmiri yaymaq üçün 2-3 x.q əlavə un götürülür

Üstü üçün:
500q hazır qiymə (qiyməni hazırlayanda soğanı çox olmalıdır)
1 böyük kasa qatıq (və ya qurut)
2 diş sarımsaq (zövqə görə)

Hazırlanması:
Unu yumurtanı və duzu bir qaba töküb ilıq su ilə normal xəmir yoğururuq Xəmirdən 4 ədəd kündə düzəldirik Adi yuxadan bir az qalın yuxa yayırıq. Yuxani istədiyimiz şəkildə kəsirik və ya romb şəklində yayıb bütün yuxaları kəsirik.


Qatıq ilə əzilmiş sarımsağı qarışdırırıq. 4 litirlik suya 1ç.q duz əlavə edib qaynadırıq. (hazırladığınız yuxaların bir-birinə yapışmasını istəmirsinizsə 1-2x.q yağ tökə bilərsiniz). Bu yuxaları 2 dəfəyə töküb, bişiririk. Yuxanı tökə-tökə suyu qarışdırırıq ki, bir-birinə yapışmasın. Yuxalar 5-10 dəqiqəyə bişir. (Bu sizin yuxanızın qalınlığından asıldır) Hazır olan kimi aşsüzəndə süzürük.


Süzdüyümüz xəngəli boşqablara çəkib, üzərinə sarımsaqlı qatıq töküb qiyməni əlavə edirik.
Zövqə görə yağda qovrulmuş soğan da əlavə edə bilərsiniz.



Qeyd:
Xəngəli qatıq əvəzinə bəzi bölgələrdə qurut ilə yeyirlər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google