“Rus qanununa” yox, Avropaya – hə, şəffaflığa – hə”, – Kaxa
Kaladzenin və Mamuka Mdinaradzenin bu mesajını Marneulili dövlət
məmurları da paylaşırlar.
“Gürcü Arzusu”-nun “rus qanununu” bir daha irəli sürməsindən sonra
yerli özünüidarə nümayəndələri “rus qanununun” əslində şəffaflıq
üçün lazım olması narrativini paylaşırlar. Eyni zamanda həmin
məzmunda paylaşımlar edirlər ki, onlar “şəffaflıq istəyirlər”.
Mülki fəallar bələdiyyə
əməkdaşlarının paylaşımlarına şərh
bildirirlər, ancaq dövlət məmurları şərhləri silirlər.
“Marneuli” radiosuna onlarla ictimai məlumatı verməyən meriya
şəffaflıq tələb edir. 2023-cü ildən bu günə kimi ezamiyyətlərə neçə
lari xərcləndiyi, Marneuli bazarının ətrafının 15 il müddətinə kimə
və nə üçün icarəyə verildiyi, bərpa işlərinin niyə aparılmadığına
meriya cavab verməyib. Eyvanın uçması nəticəsində 2 qadının öldüyü
Nərimanov 1 ünvanında yerləşən korpusda bərpa işləri niyə
aparılmır, 6500 lariyə kimə süfrə açıblar, Marneulidə neçə kənd
içməli və suvarma suyu ilə təmin olunub, Marneuli meriyasında,
Bələdiyyə Məclisində neçə nəfər müqavilə əsasında və ya ştatla işlə
təmin olunub və s. kimi suallarımıza meriyadan hələ də cavab ala
bilməmişik.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.