Gələn ilin dövlət büdcəsi yenidən işlənmiş layihəsinə görə,
Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin
maliyyələşdirilməsi ilkin versiya ilə müqayisədə 73.9 milyon lari
artıb və 3 milyard 937 milyon (ümumi büdcə xərclərinin 30,3%-i)
lari təşkil edir.
Büdcə layihəsinə əsasən nazirlik üçün nəzərdə tutulmuş xərclərin
artırılması əsasən aztəminatlı ailələrin 16 yaşadək uşaqlari üçün
50 lari həcmində sosial
yardım paketinin təqdim olunması ilə
bağlıdır. Məlumat bazasında qeydiyyatda olan reytinq xalı 100
000-dən az olan və 16 yaşadək uşaq yaşayan ailələrdə uşaqlara hər
ay 50 lari həcmində sosial yardım veriləcək. Yardım çərçivəsində 20
lari (hazırda 10 laridir) pul vəsaiti, 30 lari isə yemək vauçeri
olacaq ki bunun üçün də 70 milyon lariyədək vəsait nəzərdə
tutulub.
Nazirliyin büdcəsi çərçivəsində sosial müdafiə və pensiya üçün 2
763.7 milyon lari nəzərdə tutulub ki, buradan da 1 925.0 milyon
lari əhalinin pensiyasının təmin olunması üçün ayrılıb ki, burada
da 2019-cu ilin yanvar ayından 20 larilik artım nəzərdə
tutulub.
Səhiyyə proqramları üçün 1 044,6 milyon lari nəzərdə tutulub.
Əhalinin ümumi səhiyyə proqramı - 754,0 milyon lari; İmmunizasiya -
22.4 milyon lari; Hepatit C proqramı - 11,0 milyon lari; Vərəmlə
mübarizə - 15,7 milyon lari qədər; HİV / AİDS proqramı - 12,5
milyon lari çoxdur; Narkomanların müalicəsi - 12,2 mln. lari (3,0
mln. lari artmışdır); Diyaliz və böyrək nəqli - 36.3 milyon lari;
Ruhi sağlamlıq - 24.0 milyon lari (3,0 milyon lari artmışdır);
Diabet - 13,5 milyon lari; Təcili tibbi yardım və tibbi nəqliyyat -
44,7 milyon lari; Kənd həkimi - 26.0 milyon lari; Referal xidməti -
20.0 milyon lari; Xroniki xəstəliklər üçün dərman vasitələrinin
təmin edilməsi - 20.0 milyon lari (proqram üçün maliyyə iki dəfə
artırılıb) və s.
Tibbi müəssisələrin bərpası və təchiz edilməsi üçün 20,0 milyon
lari nəzərdə tutulub.
Məcburi köçkünlərin yaşayış evi ilə təmin olunması üçün Səhiyyə
Nazirliyinin xərclərində 42,7 milyon lari nəzərdə tutulub. Qeyd
edək ki, yaşayış binalarının tikintisi üçün Regional İnkişaf və
İnfrastruktur Nazirliyinin xərclərində 50,0 milyon lari nəzərdə
tutulub. Müvafiq olaraq, məcburi köçkünlərin yaşayış evi ilə təmin
olunması üçün ayrılan məbləğ ümumilikdə 92,7 milyon lari təşkil
edir.