Ümumi hesabda, bizim hamımız gördük ki, prezident seçkiləri
konkret, azad mühitdə keçirildi.
Bu isə gürcü demokratiyası üçün daha bir qələbədir”- bu haqda baş
nazir Mamuka Baxtadze Gürcü Arzusu partiyasının mərkəzi ofisində
baş tutan brifinqdə bildirib.
Mamuka Baxtadzenin sözlərinə görə seçki dövründə eksceslər və
provokasiyalar var idi. Onlar nəticələrə təsir etmədi.
“Gürcü arzusu” seçkilərin şəffaf, azad və demokratik
mühitdə keçirilməsi ənənəsinin əsasını qoydu və biz maksimum
dərəcədə bu tapıntını qoruyuruq. Buna baxmayaraq ki, bəzi hallarda
eksceslər və provokasiyalar oldu onlar seçkilərin nəticəsinə təsir
etmədi. Bunu yerli və ya beynəlxalq müşahidəçi missiyaların
birmənalı şəkildə müsbət nəticələri də təsdiqləyir. Rəqiblər
çalışsalar da bunu heç kim dəyişə bilməyəcək. Necə ki, başqa
əvvəlki seçkilərdə biz müəyyən rekomendasiyalar aldıq və təbiidir
ki, bu rekomendasiyaları nəzərə alacağıq. Ümumi hesabda hamımız
gördük ki, prezident seçkiləri konkret, azad mühitdə keçirildi. Bu
isə gürcü demokratiyası üçün daha bir qələbədir. Tam cavabdehliklə
demək istəyirəm ki, bu qələbə və gürcü xalqının seçimini kölgədə
qoya bilməz. Seçkilərin nəticəsini şübhə altına almağın bütün
cəhdləri məğlubiyyətə uğrayacaq” - deyib
Baxtadze.