DTX-nın rüşvətə qarşı çalışan
agentliyinin əməkdaşları “aptek narkomaniyası” adlanan sahədə
psixotrop maddələrin qanunsuz dövriyyəsi işinə dair gedən istintaq
çərçivəsində böyük miqdarda rüşvət götürməkdə yardım etmək ittihamı
ilə MMC “regional səhiyyə mərkəzinin” direktoru müavini Nuqzar
C.-nı saxlayıblar.
Müəssisənin
məlumatına görə, Tbilisi və Qoridə yerləşən apteklərdə kontrolsuz
psixotrop maddələr satılırmış. Qeyd olunan apteklərin direktorları
və faktiki sahibləri maddi gəlir əldə etmək məqsədi ilə icazəsiz və
icazə qaydalarının kobud pozulması şəklində müvafiq reseptlər
olmadan, psixotrop və xüsusi kontrola tabe olan medikamentləri
satır və bundan böyük miqdarda gəlir əldə
edirlərmiş.
DTX-nin məlumatına görə, qeyd olunan aptek
sahibləri 2017-ci ilin sentyabrından 2018-ci ilin iyuluna qədər hər
ay psixotrop dərmanların icazəsi satışı üçün “Tibbi İşlər üzrə
Dövlət Tənzimləmə Agentliyinin” rəhbəri Qia Tvalavadzeyə vermək
üçün Nuqzar C-ya böyük miqdarda.
“DTX-nın rüşvətə qarşı çalışan agentliyinin
əməkdaşları cinayət işinə dair 21 nəfəri məsuliyyətə cəlb ediblər.
Onlar tərəfindən qanunsuz istehsal işi və psixotrop maddələrin
reseptsiz satılması nəticəsində gələn gəlir ümumi olaraq 4 094 709
larini təşkil edib”- yazılıb DTX-nın bəyanatında.
İstintaq böyük miqdarda rüşvət götürməyə
yardım etmək, vəzifə hüququndan sui istifadə və rup şəklində
törədilmiş qanunsuz istehsal işi faktına dair gedir(Gürcüstan
CM-nin 25-338-ci maddələrinin 2-ci hissəsinin b altbəndi ilə,
332-ci maddənin 1 –ci hissəsi və 192-ci maddənin 2-ci hissəsinin a
altbəndi ilə. Maddələr cəza olaraq 11 il müddətinə azadlıqdan
məhrum edilməni nəzərdə tutur). İstintaqı DTX-nin rüşvətə qarşı
agentliyi aparır.
Həmin işlə bağlı bu ilin 24 sentyabrında DTX
rəhbəri səhiyyə nazirliyinin tənzimləmələr agentliyinin rəhbəri Qia
Tvalavadzeni məhkəmə qərarı əsasında həbs edib.
DTX-nin məlumatına görə, Tvalavadze aptek
narkomaniyası sahəsində psixotrop maddələrin qanunsuz dövriyyəsi
işi ilə bağlı gedən istintaq çərçivəsində vəzifə səlahiyyətindən
sui istifadə etmə ittihamı ilə həbs olunub.
Mənbə:
Netgazeti