DİN-in məlumatına görə, Baş Müfəttişlik 34 yaşlı patrul-müfəttişi
rüşvət götürmək faktına görə həbs edib.
“İstintaq müəyyən edib ki, Tbilisinin metro
stansiyalarından birində vətəndaş K.M. müəyyən məbləğ qarşılğında
öz səyahət kartı ilə, turniketləri keçməklə, vətəndaşları qanunsuz
keçirirmiş. Qeyd olunan pozuntu haqqında metropolitenin patrul
əməkdaşına məlumat çatır. O, M.K.-nın əməlinin üstünü açmamaq
əvəzində rüşvət olaraq hər növbətçi olduğu gün müəyyən məbləğ
ödəməsini tələb edib.
DİN-in Baş Müfəttişliyinin əməkdaşları N.Ş.-nı cari ilin 6 dekabr
tarixində hakimin hökmü əsasında Tbilisidə, metro stansiyada
növbəti rüşvət götürmə faktı zamanı həbs ediblər” -
qeyd olunur DİN-nin bəyanatında.
İstintaq rüşvət götürmə faktına dair CM-nin 338-ci maddəsinin 1-ci
hissəsi ilə gedir.