25 dekabr üçün ulduz falı
Qoç
- Bütün səylərinizə rəğmən günün ilk yarısında problemlərin sayı az
olmayacaq. Çətinlikləri aradan qaldırmağa başlayın. Önəmli
məsələlərlə bağlı qərarı təxirə salmayın.
Buğa
- Günün ilk yarısı xoş keçəcək. Komfort ritmə riayət edərək harasa
gecikməyəcəyinizi, hansısa işi görməyə ehtiyac yaranmayacağını
düşünməyin. Aktiv olun, bu günün işini sabaha saxlamayın.
Əkizlər - Məkrli insanların şirin dilinə aldanmayın. Tələyə
düşməyin, boş söhbətlərə qatılmayın. Təmkinli olun, qərarları
düşünüb verin. Yaşanacaq olaylar ziddiyyətlidir və situasiyanın
dəqiq qiymətləndirilməsi zərurəti yaranıb.
Xərçəng - Diqqətli olun ki, günün ilk yarısındakı problemlər
qulaqardına vurulmasın. Maraqlarınızı heçə sayanların qarşısını
alın və ümumiyyətlə, belə adamlara heç nəyi etibar etməyin.
Şir - Sizə məxsus olan nəsnəyə yiyələnmək istəyən insan qanun
çərçivəsidə cəcazalanmalıdır. Beləsi problemi məhkəməyədək
barışıqla həll etməyə çalışsa da, ona inanmayın. Qarşınıza
qoyduğunuz məqsədə çatmaq asan olmasa da, bunu bacaracaqsınız.
Dəstək vəd etmiş insanlara bel bağlamayın.
Qız - Əlverişli zamandır, çünki günün ilk yarısında müsbət
təmayüllərin təsiri artacaq. Çətinliklər və sədlərə rəğmən
niyyətinizə çatacaqsınız. Prosesi sadələşdirmək və asanlaşdırmaq
üçün hiyləgərlik etməli olacaqsınız. Durum sizi narahat etməsin.
Yaxın ətrafınızdakı insanlara zərər verməyin.
Tərəzi - Əfsuslar olsun ki, narahat, gərgin zamandır. Situasiya
əhvalınıza təsir edəcək. Aqressiv davranaraq özünüzü və
ətrafınızdakı insanları usandırmayın. Yeni tanışlıqlar üçün
əlverişli zaman deyil. Aradığınız informasiyanı əldə edə
bilərsiniz.
Əqrəb - Səmimiyyət, qayğıkeşlik və ünsiyyətdə rahatlıq sizə yeni
dostlar, müttəfiqlər tapmağa imkan verəcək. Yeni münasibətlərə çox
bel bağlamayın. Belə ünsiyyətlərin perspektivləri azdır.
Oxatan - Yaxşı, əlverişli, rəvan zamandır. Ciddi ehtiyac
duyulmursa, fəaliyyət istiqamətlərində köklü dəyişikliklərə
başlamayın. Bəzi işlər maraqlı təsir bağışlaya bilər. Ancaq onlar
sərf ediləcək səylərə dəyməz. Köhnə dostlardan, etibarlı
müttəfiqlərdən biri vədinə əməl etməyəcək. Bel bağladığınız insan
öhdəliklərini unudacaq.
Oğlaq - Günün ilk yarısında kommersiya və maliyyə işlərində uğurlar
əldə edə bilərsiniz. Yeni sifariş və ya tapşırığı vaxtında yerinə
yetirmək üçün ləng tərpənməyin. Tərəfdaşlar, müttəfiq və şəriklərlə
danışıqlar pis keçməyəcək. Nüfuzlu insanlarla söhbətlərdə diqqətli
olun.
Dolça - Hər şey göründüyü kimi deyil. Günün ilk yarısında qəfil
uğur, gözlənilməz nailiyyət ola bilər. Qarşınızda maraqlı imkanlar
yaranır. Şəraitin əlverişli axarından yararlanmağa çalışın. Cəsur
və qətiyyətli olun. Öz qüvvənizdən bədgüman olmayın, zəif
düşməyin.
Balıqlar - Yaxşı dostunuz varsa, güzgüyə qətiyyən ehtiyacınız
yoxdur. Dostun dəyərini bilin.
Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün iradəli, qətiyyətli
olun. İzafi səylərə, həddən artıq çalışmağa ehtiyac yoxdur. Özünüzü
yormayın.