26 dekabr üçün ulduz falı
Qoç
- Peşəkar fəaliyyət sahənizlə yanaşı, fərdi yaşamınıza da təsir edə
biləcək məlumat alacaqsınız. Xırda detallarla təfərrüatlara fikir
verin. Önəmli məsələləri nəzərdən qaçırmayın. Günün ikinci
yarısında yaxşı məsləhət alacaqsınız. Bununla belə, işgüzar
tərəfdaşınızla münasibətlərdə sərinlik yarana bilər.
Buğa - İşgüzar tərəfdaşlar və həmkarlarla münasibətlərdəki
problemləri aradan qaldırmaq üçün səy göstərin. İndiyədək barəsində
danışılmayan, daha doğrusu, gündəmə gətirilməyən problemlər həllini
tələb edir. İradlarınızda təmkinli olun.
Əkizlər - Əlverişli, yaxşı gündür. Enerji potensialınızın səviyyəsi
az deyil. Amma ehtiyatı əldən verməyin, sərvaxt olun. Mobil
rabitədə və ya internetdə problemlər istisna deyil.
Xərçəng - Hüquqi məsələlərin həllini təxirə salın. Məmurlar, dövlət
qurumlarının nümayəndələri ilə ünsiyyət üçün o qədər də əlverişli
zaman deyil. Bələd olmadığınız adamlara etibar etməyin. Mövqeyinizi
müdafiə edin, geri çəkilməyin.
Şir - Sabiq tərəfdaşlarla əlaqələri bərpa etmək mümkündür. Yeni
tanışlarla danışıqlarda ehtiyatlı olun. Maliyyə məsələlərində sayıq
davranın, məntiqli qərarlar verin.
Qız - Yaxın ətrafınızdakı insanlar sizdən yardım istəyirlər.
Peşəkarlıq səviyyənizin yüksək olduğu sahələrdə rəqiblərinizi
üstələməyə çalışın. Problemlərin sayı artsa da, maneələri dəf etmək
mümkündür.
Tərəzi - Yaxın gələcəklə bağlı planlarınızı reallaşdırmağa
başlayın. İşləri pis təşkil etsəniz, sürəkli problemlərlə
qarşılaşacaqsınız. İndiyədək sıx əməkdaşlıqda olmadığınız insanla
tərəfdaşlıqda fayda var.
Əqrəb - Ətrafınızdakı insanların fikirlərini absolyut həqiqət
saymayın. Fərdi mövqelərin nümayişi təşəxxüsdən xəbər verir.
İradların sayını artırmayın. Tənqidə sərt reaksiya verməyin. Yardım
etmək istəyənlərin təkliflərini nəzərə alın.
Oxatan - Günün ilk yarısından etibarən qeyri-ordinar hadisələr baş
verəcək. Yaranan vəziyyətdəki naqis məqamları görün və sayıq olun.
Yaxşı xəbərləri problemlər müşayiət edəcək. Yasaqlar və qadağalar
durumu daha da ağırlaşdıra bilər.
Oğlaq - Maliyyə və kommersiya məsələlərində irəliləyişlər olacaq.
Sizinlə uzun müddət çalışmamış insanlarla birgə fəaliyyət zərurəti
yaranarsa ehtiyatlı olun. Alış-verişdə bədxərclik etməyin. Kreditlə
heç nə almayın.
Dolça - Sizə dəxli olmayan məsələlərlə bağlı fikir bildirəndə
ehtiyatlı olun. Maraqlarınızı yaxın ətrafınızdakı insanların
mənafelərindən üstün tutmayın. Laqeyd və soyuqqanlı davranışda,
eqoizmdə suçlana bilərsiniz.
Balıqlar - Günün ilk yarısında işgüzar danışıqlarda normal
davranın, emosiyaların əsiri olmayın. Həmkarlar və tanışlarla
təmaslarda məntiqi unutmayın. Yaxşı tanımadığınız insanlara
sirlərinizi açmayın.