28 dekabr üçün ulduz falı
Qoç
- Səhər saatları danışıqlar və privat söhbətlər üçün əlverişli
deyil. İşdə rəhbərliklə nəyisə müzakirə etməyə çalışmayın. Hüquqi
məsələlərin həllini ertələyin. Günün ikinci yarısında yeni məlumat
və ya xəbər ala bilərsiniz. Maraqlandığınız işlə məşğul olmaq üçün
əlverişli zamandır.
Buğa - Səhər
saatlarından etibarən önəmli, vacib məsələlərin həllinə başlayın.
Diqqətli olun. Kənar təsirlərə uymayın. Məhsuldar çalışmaq üçün bir
işi yarımçıq qoyub başqasına start verməyin. Fəaliyyətinizi ciddi
planlaşdırın, addımlarınızı müəyyənləşdirin.
Əkizlər - Davranışınız laübəli, təlatümlü olmasın. Kiçik problemlər
və maneələr ifrat emosional reaksiyaya rəvac verə bilər.
Əhvalınızdan asılı olaraq planlarınızı sürətlə, tez-tez dəyişməyin.
Diqqətsizlik sonradan ağır fəsadlara səbəb olacaq addımlara rəvac
verməsin.
Xərçəng - Günün ilk yarısı yaxşı xəbərlər və müsbət dəyişikliklər
vəd edir. Çoxdan bəri planlaşdırdığınız işi reallaşdıra bilərsiniz.
Mövqeyinizi möhkəmləndirin, nüfuzunuzu artırın. Yeni dostlar tapa
bilərsiniz.
Şir - Günün ilk yarısında intuisiyanıza inanın, problemlərdən hifz
olunmağa çalışın. Ünsiyyətdə insan psixologiyasının təməl
motivlərini unutmayın. Asılı olduğunuz insanlarla təmaslarınızı
aktivləşdirin. Səbirli olun.
Qız - Günün ilk yarısında sakit şəraitdə fəaliyyət göstərin. Fiziki
hərəkətlərə vaxt ayırın. Ağır işdən çəkinməyin. Yeni işlərə
başlamaq olar. Əməkdaşlıqla bağlı müzakirələr aparın. Günün ikinci
yarısında perspektiv hesab etdiyiniz sahəyə və ya layihəyə sərmayə
yatırmaq olar.
Tərəzi - Uğur əldə etmək üçün həlledici amil kənar təsirlərə
uymamaqdır. Xoşagəlməz işlərlə məşğul olmaq zərurəti yaranarsa,
situasiyanı təhlil edin. İşlər ağır olsa da, onları başa vurmaq
lazımdır. Kimsə əvəzinizə işləyən deyil.
Əqrəb - Günün ilk yarısını vurnuxma olmadan, tələskənliyə yol
vermədən keçirin. İrəliləyişə imkan verəcək azsaylı şanslardan
yararlanın. Məqsədə doğru aparan yolda yeganə maneə yalnız
tənbəlliyiniz ola bilər. İnert, süst, passiv olmayın. Astagəllik
etməyin.
Oxatan - Günün ilk yarısında mühüm işə başlamayın. Fəaliyyət
sahəsində və şəxsi münasibətlərdə təşəbbüskar olun. İdeyalarınız
dəstəklənəcək. Sizə yardım etmək istəyənlər var. Dostlar və
tanışlarla normal danışın, emosiyalara qapılmayın.
Oğlaq - Özünüzü tənha hiss etməyin, bədbinliyə qapılmayın. Münaqişə
və ya mübahisələrdən uzaq olmağa çalışın. Əsəblərinizi qoruyun.
Planlaşdırılmamış xərclərə yol verməyin. Günün ikinci yarısı
işgüzar fəaliyyət üçün daha əlverişlidir. Ünsiyyət yeni
tanışlıqları ehtiva edir. Axşam saatlarını sakit şəraitdə
keçirin.
Dolça - Yaxın ətrafınızdakı insanların emosional durumlarına fikir
verin. Müşahidələrdən istifadə edərək problemlərin qeyri-adi
həllini tapa bilərsiniz. İşgüzar intuisiyanız iti olsun.
Pullarınızı boş işlərə xərcləməyin. Maliyyə vəsaitinizin qədrini
bilin.
Balıqlar - Potensial və imkanlarınızın qədrini bilin. Mənasız
işlərlə məşğul olmayın. Bilikləriniz və təcrübənizdən maksimum
bəhrələnin. Yaradıcılıq imkanlarının nümayişi üçün əlverişli
zamandır. Hadisələrin axarına müdaxilə gərəkdirsə, bunu təxirə
salmayın.