31 dekabr üçün ulduz falı
Qoç
- Bu dünyada mütləq bir adam var ki, onun yanında olanda sizə dəyər
verməyənləri unudacaqsınız. İlin son günüdür. Səbrli, eyni zamanda
nikbin olun. Boş söhbətlər, mübahisələr və müzakirələrə vaxt
ayırmayın. Əks təqdirdə münasibətlərin aydınlaşdırılması
gərginləşəcək, münaqişə yaranacaq.
Buğa - Doğrulmayan ümidlər, puç olan xülyalara görə dərindən
təəssüflənməyin. Yeni il yeni şanslar və imkanlar vəd edir. Yaxın
ətrafınızdakı insanlardan birinin fəaliyyəti və ya danışıqları
"sürpriz"lər vəd edir. Çalışqan, qətiyyətli, inadkar olun. Cavab
reaksiyası istədiyiniz kimi olmaya bilər.
Əkizlər - 2014-cü ilin problemlərini gələn ilə daşımayın. Kollektiv
iş və ya istirahətlə bağlı situasiyalar xüsusi diqqət tələb edir.
Başqalarını təəccübləndirəcək əmələ yol verməyin.Mühüm proseslərə
nəzarət etməyə çalışacaqsınız. Gərəksiz, ballasta çevrilmiş
münasibət və ya insandan qurtulun. İzafi gərginlikdən xilas yolu ev
işləridir.
Xərçəng - Sakitlik, istirahət və əyləncə günü deyil. Bayramdır,
şənlənin, sevinin. Sizə dəyər verənləri sevindirin. Dəyişikliklərə
dərhal reaksiya verin. Cari situasiyalara münasibətinizi dərhal
dəyişin. Qıvraq, çevik, cəld olun. Yaxşı reaksiya və problemləri
anlamağınız gərəkdir.
Şir - Yeni il yaxşı günlər, xoş arzular vəd edir. Rəqiblərin
zərbələrini, dostlarla tərəfdaşların naqolay fəaliyyətinin yarada
biləcəyi problemləri dəf etməyi bacarın. Təmaslar nə qədər çox
olarsa, bir o qədər çox sinirlənəcəksiniz.
Qız - Fürsətlərdən yararlanın və gələn ildə də belə olun. Aktiv,
qoçaq insan kimi tanının. Sürətli, aktiv, enerjili həllər tələb
edən gündür. Belə həllər yaşam, işlər, fəaliyyət və tapşırıqlarda
ciddi dəyişikliklərə səbəb ola bilər.
Narazılıq yaranan müstəvidə dəyişikliklər edin. İstək və qüvvəniz
olmasa belə, bunu reallaşdırın.
Tərəzi - Ötən ildə buraxdığınız səhvləri, yol verdiyiniz
yanlışlıqları yeni ildə təkrarlamayın. Planlardakı gözlənilməz
dəyişiklikləri labüd qəbul edin. Xəbərlər yenilənir, yanınızdakı
adamlar arasında emosional davrananlar tapılır.
Əqrəb - Yaxşı, xoş gündür. Səhhətinizi qoruyun, həddən ziyadə
çalışmayın. Yollarda ehtiyatlı olun.
Təxminlənməmiş situasiyalar, ətrafınızdakı insanların
davranışlarında qəfil yeniliklər olacaq. Stabilliyi risk altına
ataraq qarşıdurmaya getməli, qüvvələrinizi sınamalı
olacaqsınız.
Oxatan - 2015-ci il sizin ilinizdir. İşlərə yaradıcı yanaşma,
sürətli və virtuoz davranış tələb olunur. Yerdəyişmələri bir qədər
məhdudlaşdırın. Ətrafınızdakı insanlarla münasibətlərdə gərginlik
müşahidə oluna bilər.
Oğlaq - Bayramı sevdiyiniz insanlarla keçirin. Yaşamınızda qəfil
hadisələrə hazır olun. Uzaqdan gələcək xəbər planlarınızda qəfil
dəyişikliklərə səbəb ola bilər.
Dolça - Bu gün, xüsusilə də axşam saatlarında yaxın ətrafınızdakı
insanlarla təmasların həddən ziyadə olmasından usana bilərsiniz.
Tək qalmaq, müstəqil şəkildə işləmək istəyirsiniz. Amma bunu
etməyin. Bayramdır - unutmayın...
Lakin sizi tək işləməyə qoymayacaqlar. Planlar dəyişəcək,
yaşamınıza daxil olan informasiyanın həcmi isə artacaq.
Balıqlar - 2015-ci ilə yaxşı başlamaq üçün fiziki tonusunuz və
şəxsi təhlükəsizliyinizin təminatı ilə məşğul olun. Həyat sizə
problemlər və əvvəl yol verdiyiniz səhvlərin bəzilərinin təkrarını
hazırlayır.
Səliqəli olun, reaksiyalarınızda tələskənliyə yol verməyin. Sizi
seçim və ya hərəkətlə bağlı tələsdirmək istəyənlərin felinə
uymayın.