Qoç
- günün ilk yarısından etibarən ciddi işlərə başlamayın. Mürəkkəb
hesablamalar, sənədləşdirmə və ya digər formada intellektual
fəaliyyətdə tələskənliyə yol verməyin. Aramla hərəkət edin, ciddi
təhlil olmadan qərar qəbul etməyin. Yanlışlıqlar və səhvlərin
sayını artırmayın.
Buğa - yaxşı tanımadığınız insanlarla ünsiyyətdə maksimal dərəcədə
ehtiyatlı olun. Yad təsirlərə, bədxahların şirin dillərinə
aldanmayın. Xüsusi maraq oyatmayan işləri görmək məcburiyyətində
qalacaqsınız. Münaqişəli situasiya yaranıb. Qarşıdurmaya səbəbkar
olmayın.
Əkizlər - diqqətinizi mənasız işlərə ayırmayın. Sizi işdən ayıra
biləcək səbəblər sürəkli olaraq artır. Yaxın ətrafınızdakı
insanlarla münasibətlərdə məntiqli olun. Yığılan problemlər sizdən
təxirəsalınmaz həll tələb edir. Aktiv olun, işləri yarımçıq
qoymayın.
Xərçəng - səhər saatlarında işiniz və ya biznesinizlə bağlı
xoşagəlməz xəbərlər alacaqsınız. Böyük ümidlər bəslədiyiniz
sifariş, yaxud da layihədə çətin situasiya yaranıb. Hər məqamla
maraqlansanız, fəaliyyət prosesində ləngimələr müşahidə
olunacaq.
Şir - dünyagörüşü, bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün
münasib zaman günün ilk yarısıdır. Aldığınız son məlumatı dostlarla
paylaşın. Sirlərinizi etiraf etməyə tələsməyin. Ümumi işdə yaranmış
qəfil situasiyanı müzakirə edin.
Qız - səhər saatlarından etibarən özünüzü əzgin, pərişan hiss
etməyin. Ailə qayğıları ilə iş arasında optimal balansa nail olun.
Yaxınlarınızın qarşısındakı öhdəlikləri yerinə yetirmək zamandır.
Eyni zamanda, fəaliyyət planını da unutmayın. Hamının xoşuna
gəlməyə çalışmayın.
Tərəzi - situasiyanın çətinliklərindən şikayətlənmək əvəzinə
şəraitə uyğunlaşmağa çalışın. Toplantı, çıxış və görüş pis
alınmayacaq. Yeni layihəyə başlamayın. İşinizdə səlist, dürüst
olun. Qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın.
Əqrəb - şərait fərqli yanaşma tələb edəndə vasvasılıq etməyin.
Tərəddüdlər yalnız geriləmə vəd edir. Mövqelərinizdə səbatlı olun
və qalib gəlməyə çalışın. Amma bunun üçün mütəhərrik davranış,
çeviklik tələb olunur.
Oxatan - ən dəqiq, ağır və mürəkkəb işi görmək üçün səhər saatları
əlverişlidir. Vaxt keçdikcə situasiya ağırlaşacaq. Başqalarının
problemlərini həll etməyə can ataraq öz işinizə barmaqarası
baxmayın. Gəlir, mənfəət əldə edə biləcəyiniz ünsürləri kimsəyə
həvalə etməyin.
Oğlaq - yaxşı tanıdığınızı düşündüyünüz insanın bu gün tamamən
fərqli məziyyətlərini görəcəksiniz. Bəzi adamlarınsa xain olduğunu
anlayacaqsınız. Fəqət peşəkar fəaliyyətiniz sizdən belə adamlarla
zahirən normal münasibətlər qurmağı tələb edir.
Dolça - genişmiqyaslı layihəyə başlamaq üçün əlverişli zaman deyil.
Rutin öhdəlikləri unutmayın, cari işləri və tapşırıqları yerinə
yetirin. İşdə rəhbərliklə danışığı təxirə salın. Asılı olduğunuz
insanlarla münasibətləri korlamayın.
Balıqlar - sözlərinizdə ehtiyatlı olun. Yaxın ətrafınızdakı
insanları çox tənqid etməyin. Ehtiyatsız, düşünülməmiş deyilən
kəlmə rəqiblərinizin sayını artıra bilər. Özünüzə düşmən
qazanmayın