Qoç -
səhər saatlarından etibarən aktiv olun. Diqqətinizi cari işlərdən
yayındıra biləcək amillər formalaşa bilər. Fəaliyyətdə ləngimə,
anlaşılmazlıq, hərəkətlərlə qərarların tərəfdaşla razılaşdırılmamış
şəkildə izharı, məlumatın ötürülməsində yanlışlıq ola
bilər.
Buğa - aldığınız məlumat və informasiyaları təhlil edin. Yeni
planlarda bel bağladığınız insanlarla əlaqə saxlayın. Yaşamınızda
bütün problemli sahələri aktivləşdirən energetikadan yararlanın.
Artıq keçmişdə qoymağınız gərəkən problemi birdəfəlik həll edin.
Sonra isə bütün qüvvənizi yeni işin həllinə yönəldin.
Xərçəng -
niyyətlərlə imkanlar və bacarıqları uyğunlaşdırmaq asan deyil. Nə
isə pozitiv istiqamətdə dəyişəcək. Emosiyalar çoxdur. Gərginləşən
məqamlara sürətlə, dürüst reaksiya verin. Təhlükəsizliyi təmin
edin, münaqişələrdən yayının. Ən yaxşı ideyaların qəflətən
yarandığını unutmayın. Ən yaxşı ideyaları diqqətdən yayındırmayın,
iş üçün istifadə
edin.
Şir - yeni imkanlar yaranır və onlardan yararlanmağa çalışın. Digər
tərəfdən, sizə mane olmağa çalışan bədxahlar fəallaşırlar. Sayıq və
təmkinli olun.
Təşəbbüskarlığı minimuma endirin, təkid etməyin. Çevik olun,
işinizin detallarına diqqət yetirin. Ev işləri və yaxınlarla
münasibətlərə laqeyd olmayın.
Qız - yaşam arealınızı təftiş edin. Planlarınız ciddi
transformasiyaya uğrayacaq. Tamamilə yeni maraqlar peyda ola
bilər.
Planlaşdırma və olayların digər iştirakçıları ilə perspektivlərin
müzakirəsi üçün əlverişli gündür. Yaşananları dramatikləşdirməyin,
təlaşa qapılmayın. Enerji artımından bilavasitə iştirakınızı tələb
edən işlərin görülməsi üçün yararlanın.
Tərəzi - əlavə məsuliyyət və öhdəliklərə ehtiyac yoxdur. Gərjinlik
və cari problemlər işinizə mənfi təsir etməməlidir. Hansısa plan,
yaxud niyyət əlçatmaz ola bilər. Reaksiyanız yetərincə sakit,
təmkinli olmalıdır. Hazırda daha ciddi məsələlərə diqqət
yetirin.
Əqrəb - ayın ən mühüm günlərindən biridir. Gözlənti və
niyyətlərinizdə uğurlarla yanaşı, pərişanlıq da ola bilər.
Gün məhsuldar, təmaslar isə məzmunlu olacaq. Müstəqil düşünün, yeni
ideyaları rədd etməyin.
Oxatan - planlar çoxdur. Nə etmək gərəkdiyinizi bilsəniz də, vaxt
və qüvvə qıtlığı var.
Səhhətinizə fikir verin, qüvvənizi düzgün paylaşdırın. Əlavə iş
görməyin, sifariş qəbul etməyin. Maraqlı ideyalara laqeyd
yanaşmayın, onları gerçəkləşdirmə yollarını arayın.
Oğlaq - yaşamınızda nəyisə köklü şəkildə dəyişmək imkanı yaranır.
Yeni işin cazibədar, amma əlavə çətinliklər vəd etdiyini anlasanış
belə, geri çəkilməyin. Səbrli və soyuqqanlı olun. Nəticələr
bədxahlarınızı pərişan edəcək.
Dolça - ayın ən mühüm günlərindən biridir. Baş verənlər çox
ciddidir. Yeni səviyyəyə çıxmaq, niyyətinizi reallaşdırmaq şansını
əldən verməyin. Praqmat olun. Xəbərlərlə dəyişikliklərə məntiqli
yanaşın. Ümumi işdə iştirakınızı həmkarlar və rəhbərliklə müzakirə
edin.
Balıqlar - kommersiya əməliyyatları, pul köçürmələri, rəhbərliklə
danışıqlar üçün əlverişli gün deyil. İstənilən çətinlikdəki işə
başlamaqdan çəkinməyin. Əyləncə istəklərini unudun. Səhhətinizə
fikir verin.