Qoç
- günün emosional fonu əlverişli deyil. Situasiya gərgindir.
Sakitliyin hətta görüntüsünə nail olmaq çətindir. Yaxın
ətrafınızdakı insanlarla münasibətlərdə aqressiv və sərt olmayın.
Nəyin bahasına olursa-olsun, bildiyiniz kimi davranmaq istəyi işdə
və evdə problemlərə səbəb ola bilər.Buğa
- emosiyalar və hisslərlə zəngin gündür. Yaxın ətrafınızdakı
insanları anlamağa çalışın. Onların gerçək niyyətlərini və
planlarını müəyyənləşdirməyə cəhd göstərin. Əvvəllər ümumi dil
tapmadığınız insanlarla münasibətləri normallaşdıra bilərsiniz.
İşdə həmkarlar və rəhbərliklə ünsiyyət üçün əlverişli gündür.
Əkizlər - sakit və xoş gündür. Əvvəllər başladığınız işləri
bitirməyə çalışın. Bütün məsələlərdə yaxın ətrafınızdakı insanlarla
razılaşmayacaqsınız. Amma fikir ayrılıqlaır yaranarsa, diplomatik
səyləri işə salaraq münaqişələrə yol verməyin.
Xərçəng - əvvəlki günlərdən fərqli olaraq indi bir sıra məsələlərin
həlli çətinləşir. Gərəkli nəticəni əldə etmək üçün müəyyən daxili
sədləri dəf etmək, zəifliklərinizə qalib gəlmək lazımdır. Amma
özünüzlə mübarizəniz o qədər də asan olmayacaq.
Şir - mühüm hadisələr vəd etməyən gündür. Zaman rəvan və sakit
keçir. Situsiyadan yararlanaraq plan və niyyətlərinizi
gerçəkləşdirməyə, yarımçıq işləri başa vurmağa çalışın. İşgüzar
görüşlər pis keçmir. Amma məsələlərin yekun həlli tezliklə əldə
olunmayacaq. Səbrli, təmkinli olun.
Qız - gün məhsuldar olacaq. Detallara diqqət və təfərrüatlara ciddi
fikir verilməsini tələb edən işlər üçün münasib zamandır. Həll
olunması gərəkən istənilən diqqətlə düşünün, heç nəyi nəzərdən
qaçırmayın. Belədə taktikanız uğurlu olacaq.
Tərəzi - maraqlı və uğurlu gündür. Başladığınız işlərdə uğur
qazanacaqsınız. Problemlərin həlli orijinal yanaşma, qeyri-standart
həllər tələb edir. Rutin işlər aktiv çalışmağınızı ehtiva edir.
Əqrəb - mürəkkəb və çətin gündür. Yaxın ətrafınızdakı insanlar
sanki səbrinizi sınağa çəkirlər. Onlar mövqeyinizə və fikirlərinizə
qulaq asmaq istəmirlər. Münaqişələrdən yayınmağa çalışsanız da,
buna nail olmaq asan deyil.
Oxatan - əlverişli və yaxşı gündür. Başladığınız işlərin hamısının
öhdəsindən gəlməyə çalışın. Köhnə dostlar və sınanmış müttəfiqlər
sizə yardım edəcəklər.
Yeniliklərə olan marağınız artır. Başqasının təcrübəsindən
yararlanmağa can atın. Cari işlər darıxdırıcı deyil. Daha maraqlı
işlə məşğul olmaq üçün yetərincə vaxt qalır.
Oğlaq - gün ərzində yaranan problemlərə soyuqqanlı yanaşmayın.
Onlar öz-özünə həll olunmayacaq. Qarşınıza qoyduğunuz məqsədə
çatmaq üçün aktiv fəaliyyətə lüzum duyulur. Nə qədər çox işgüzar
olsanız, gün ərzində o qədər az problemlə qarşılaşacaqsınız.
Dolça - maliyyə məsələlərinin həlli üçün əlverişli gündür. Gəlir,
əvvəllər gördüyünüz işə görə ödəniş istisna deyil. İşgüzar
danışıqlar məhsuldar keçəcək. Həmsöhbətlərinizi haqlı olduğunuza
inandırın. Əvvəllər opponentlərinizin tərəfində olan insanların da
dəstəyini qazanmağa çalışın.
Balıqlar - təxribatlara uymayın. Bədxahlardan kiminsə sizin
əhvalınızı pozmağa cəhd göstərməsi istisna deyil. Soyuqqanlı olun,
müqavimət göstərin. Təmkinli davransanız, bu gün səhvlərdən yayına
bilərsiniz.