10 yanvar üçün ulduz falı
Qoç
- bilik, informasiya və təcrübənin artırılması üçün əlverişli
gündür. Təcrübə mübadiləsinə, habelə nə isə əxz edəcəyiniz insanla
təmaslara can atın. Xoşagəlməz insanla ünsiyyətdən yayınmayın:
hətta beləsi ilə danışıqdan faydalı nə isə öyrənə bilərsiniz. Sizi
tənqid edirlər. O tənqidlərə fikir verin.
Buğa - günün ilk yarısında neqativ təmayüllərin təsiri güclüdür.
Ehtiyatlı olun. Fəaliyyətinizdə ünsiyyətə ayrılan zamanı azaldın.
Sözlərinizdə həssas olun. Düşünülməmiş deyilən kəlmələr
müttəfiqinizi rəqibə döndərə bilər. Bədxahların fəallaşma riski
var.
Əkizlər - karyera müstəvisində irəliləmək, cazibədar və maraqlı
işgüzar təkliflər almaq şansları var. Çox çalışın ki, parlaq
nəticələr əldə edəsiniz. Tərəfdaş və həmkarlarınız bunu mütləq
anlayacaqlar.
Xərçəng - gün çətin, qarışıq və mürəkkəb də olsa, çox işləri başa
vura bilərsiniz. Əvvəlki günlərlə müqayisədə uğura nail olmaq
çətinləşib. Qətiyyətli və iradəli olun. Belədə yaxın ətrafınızdakı
insanların sayğısını qazana bilərsiniz.
Şir - uğur əldə etmək üçün səy göstərmək gərəkdir. Mübarizə
aparmağı da unutmayın. Güclü rəqiblə qarşıdurma perspektivi sizin
enerji və ambisiyalarınızı daha da artıra bilər. Peşəkar fəaliyyət
müstəvisindəki problemləri həll edəcəksiniz. İşdə rəhbərliklə
danışıqlar aparmaq üçün əlverişli zamandır. Günün maliyyə fonu
uğurludur.
Qız - işgüzar danışıqların aparılması, birgə layihələrə başlamaq
üçün əlverişli zamandır.
Müttəfiq və həmfikirlərlə yanaşı, dost da tapacaqsınız. Peşəkar
fəaliyyətlə bağlı müzakirələr yaxşı keçəcək. Vədlərinizə əməl edin,
öhdəlikləri yerinə yetirin. Tərəfdaşların bəziləri isə vədləri
unudurlar.
Tərəzi - sadə günlərdən deyil. Fəqət, müsbət təmayüllərin təsiri
güclü olduğundan yaranan çətinliklərin öhdəsindən asanlıqla
gələcəksiniz. Yaxın ətrafınızdakı insanlara güvənə bilərsiniz.
Fikrinizi olduğu kimi deyərək yaxınlarınızın xətrinə dəyməyin.
Tənqiddə həssas olun ki, münasibətlər korlanmasın.
Əqrəb - günün ilk yarısı məhsuldar keçəcək. Bu zaman ərzində
vaxtınızı hədər yerə sərf etməsəniz, çox iş görə bilərsiniz. Son
vaxtlar münasibətlərinizin normal olmadığı insanlarla belə, dil
tapmağa çalışın.
Oxatan - rəsmi və ya qeyri-formal şəraitdə ünsiyyət üçün münasib
zamandır. Müttəfiqləri asanlıqla tapacaqsınız. Uzun müddətdən bəri
sizə yardım etmək istəməyən insanlar indi dəstək verməyə hazır
olduqlarını deyirlər. Yaşam potensialının səviyyəsi yüksəkdir. Bu
səbəbdən yorğunluq hiss etmirsiniz.
Oğlaq - mənfi emosional fona malik gündür. İstənilən, hətta ən
kiçik uğursuzluğu ürəyinizə salmayın. Dürüst yol seçdiyinizə
şübhələnməyin. İndiyədək tam inandığınız insan etibarınızı
dloğrultmaya bilər. Maliyyə məsələlərini həll etmək, alış-verişdə
çox pul xərcləmək üçün əlverişli zaman deyil.
Dolça - peşə fəaliyyəti üçün çox əlverişli zamandır. Ciddi və
işgüzar olun. Detallara, təfərrüatlara diqqət verin. Yaxın
ətrafınızdakı insanların laqeyd yanaşdıqları kiçik məsələləri
nəzərdən qaçırmayın. Səhvlərə yol verməməyə çalışın.
Balıqlar - müstəqil çalışmaq üçün əlverişli gündür. Çətin,
mürəkkəb, diqqət və təfərrüatlara fikir verilməsini tələb edən
işlərlə məşğul olun. Hesablamalarda səhvlərə yol verməyin.
Düşünülmüş qərarlar qəbul edin, heç nəyi nəzərdən qaçırmayın. Birgə
fəaliyyətlə bağlı çətinliklər yaranır. Tez-tez yaranan fikir
ayrılıqları gərəkli nəticəyə nail olmağa mane olur.